Məşhur milyarder İlon Mask, uşaqlarda cinsiyyət dəyişdirmə əməliyyatı edən həkimlərin ömürlük həbsi ideyasını dəstəkləyib.
Bu, onun son beş il ərzində Birləşmiş Ştatlarda ən azı 14,000 uşağın "cərrahi və ya kimyəvi kastrasiyaya" məruz qaldığı barədə yayılan məlumatlaraverdiyi cavab hesab edilir.
Noyabrın 7-də Maskın cinsini dəyişən oğlu Ksavye Donald Trampın ölkədəki prezident seçkilərində qələbə qazanması səbəbindən ABŞ-ı tərk etmək istədiyini bildirib. O qeyd edib ki, gələcəyini ABŞ-da görmür.
ABC telekanalı bildirib ki, Mask Tramp administrasiyasının formalaşmasında əsas fiqurlardan birinə çevrilir. ABŞ seçkilərindən bəri Mask demək olar ki, hər gün Mar-a-Laqoda (Florida) seçilmiş dövlət başçısının mülkündə olub və bununla da kadr qərarlarına birbaşa təsir edib. Onun uşaqlarda cinsiyyət dəyişdirmə əməliyyatı edən həkimlərin ömürlük həbsi barədə qanunun qəbul edilməsinə nail olacağı gözlənilir.
Oxuməni.az