AZ

COP for Hope: Rusiya əmindir ki, Azərbaycan iqlim siyasətinin bütün kompleksinin inkişafına yeni təkan verə biləcək - Maksim Reşetnikov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Bugünkü müsahibimiz: Rusiya Federasiyasının İqtisadiİnkişaf Naziri Maksim Reşetnikovdur.

O, Trend-ə özəl müsahibəsində bildirib ki, Rusiyaümid edir ki, konfrans konstruktiv dialoq atmosferində keçəcək vətərəfdaşlara bütün müəyyən edilmiş vəzifələri yerinə yetirməkdəuğurlar arzulayırıq.

"Əminik ki, Azərbaycan iqlim siyasətinin bütün tədbirlərkompleksinin inkişafına yeni təkan verə biləcək. Bizim ölkələr üçünvacibdir ki, karbohidrogen ixrac edən dövlətlər, praktikada, aşağıkarbonlu iqtisadiyyata ədalətli keçid prinsiplərini bölüşdüklərinivə yaşıl gündəmə böyük məsuliyyətlə yanaşdıqlarını nümayişetdirsinlər", - o bildirib.

COP29 zamanı Rusiya Federasiyası üçün əsasməsələlər

Onun sözlərinə görə, Rusiya beynəlxalq əməkdaşlığın qlobal iqlimproblemlərinin həllində və maliyyə və texnologiyalara pulsuzçıxışda vacib rolunu müdafiə etməyə davam edəcək.

"İnkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ilə bağlı yenikollektiv hədəfi müzakirə edəcəyik, çünki qlobal iqlim məqsədlərinənail olmaq bu ölkələrin dəstəyindən asılıdır. Rusiya inkişaf etmişölkələrin inkişaf etməkdə olan ölkələrə qarşı maliyyə öhdəlikləriilə bağlı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasınınmövcud yanaşmasını qorumağı dəstəkləyir.

Tullantıların azaldılması və qalıq yanacaqların gələcəyiməsələləri diqqət mərkəzində qalmağa davam edəcək. Keçən iliqtisadiyyat sahələrinin aşağı karbonlu transformasiyası üçün keçidyanacağının vacib rolu xüsusi olaraq vurğulanmışdır, burada ənənəviolaraq təbii qaz nəzərdə tutulur. Bakıda biz dekarbonizasiyaməqsədləri üçün təbii qazın açar rolunu irəlilətməyə niyyətliyik",- o bildirib.

Onun sözlərinə görə, beynəlxalq karbon vahidlərinin ticarətiüzrə yeni qaydalar paketinin təsdiqlənməsi də vacibdir.

"Biz, həmçinin, Rusiyanın istixana qazlarının kadastrını köklüşəkildə yeniləmək üçün istifadə edilmiş emissiya və udmainventarizasiyası üzrə yanaşmalarımızı irəlilətməyi planlaşdırırıq.Bu yanaşmalar, idarə olunan ekosistemlərin istixana qazlarıbalansına verdiyi töhfəni obyektiv şəkildə hesaba almağa vəRusiyanın iqtisadiyyatının sahələrində istifadə olunantexnologiyaların milli xüsusiyyətlərinə yönəlib.

Milli kadastr üzrə yeni metodologiya — Prezidentin təşəbbüsü iləbaşlanan “Rusiya İqlim Monitorinqi Sistemi” layihəsinin ilk mühümnəticələrindən biridir. 2022-ci ildən etibarən, iqtisadi inkişafnaziri, Rosqidromet, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Energetika Nazirliyi və 50-dən çox aparıcı elmi institutlaəməkdaşlıq edərək bu layihəni həyata keçirir", - nazirbildirib.

İnkişaf etməkdə olan ölkələr üçünmaliyyələşdirmə

O qeyd edib ki, xüsusi diqqət yetirilməli olan sahələrdən biri,yüksək emissiya səviyyəsi olan və ya emissiyaların azaldılmasıçətin olan sahələrdə keçidin maliyyələşdirilməsidir.

"Qalıq yanacaq dəstəyinin sərt məhdudiyyətləri və beləlayihələrin maliyyələşdirilməsindən imtina etmək, SDG-lərin həyatakeçirilməsinə və ölkələrin enerji təhlükəsizliyinə zərər vuracaq.İqlim gündəliyi adı altında tək tərəfli maneələrin və yaməhdudiyyətlərin tətbiqi qəbuledilməzdir.

Biz hesab edirik ki, iqlim üzrə beynəlxalq razılaşmaların həyatakeçirilməsi üçün praktiki mexanizmlər yaradılmalıdır. Əsas məsələ,(Paris Sazişinin 6-cı maddəsi çərçivəsində) güvənli qlobal karbonvahidləri ticarəti sisteminin qurulmasıdır, o cümlədən ikitərəfliəməkdaşlıq mexanizmləri vasitəsilə.

6-cı maddə çərçivəsində vahidlərin təqdim edilməsi, iqlimlayihələrinin keyfiyyətinin tanınması, onlara investisiyaların cəlbedilməsi və karbon vahidlərinin beynəlxalq bazarda satılması üçünmühüm addım olacaqdır", - o bildirib.

Nazir həmçinin qeyd edib ki, COP29 öncəsi Azərbaycan inkişafetməkdə olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizətədbirlərinə investisiya yatırmaq üçün iqlim maliyyəsi üzrəFəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb.

"Bu fondun baş qərargahı Bakıda yerləşəcək. Fond neft hasil edənölkələri və yaşıl diversifikasiya ilə maraqlanan, azkarbonluinkişafa töhfə verməyə hazır olan şirkətləri birləşdirməlidir.Fondun fəaliyyətinin əsas parametrləri hələ də işlənir və ekspertməsləhətləşmələri yalnız indi başlayır. Biz də buməsləhətləşmələrdə iştirak edəcəyik", - M.Reşetnikov qeyd edib.

Davamlı inkişafı dəstəkləməkdə Rusiyanınprioritetləri

Nazirin sözlərinə görə, uzunmüddətli perspektivdə aşağı karbonluiqtisadiyyat qlobal trend olaraq qalacaq.

"Dekarbonizasiya şirkətlərin rəqabətqabiliyyətliliyinə təsiredir və biznes bunu başa düşür, buna görə də iqlim gündəliyiçərçivəsində işləmək dünya iqtisadiyyatının inkişafını müəyyən edənən mühüm amillərdən biridir. BRİCS ölkələrinə, Fars körfəzi vəAsiya-Sakit okean regionuna baxın — hamısı iqlim gündəliyi üzrəfəal şəkildə işləyir.

İqlim sammiti hər il dövlət sektoru, biznes və elmi dairələrdənminlərlə nümayəndəni toplayan unikal bir platformadır. Əlbəttə ki,konfransda qəbul edilən qərarlar qlobal trendi müəyyən edir vəölkələrin iqlim siyasəti sahəsində qəbul etdikləri tədbirlər üçünbir bələdçi rolunu oynayır. Eyni zamanda, bu qərarlar hər birölkəyə öz milli maraqlarına cavab verən alətlər toplusunu seçməyəimkan verir. Bu ilki konfrans maliyyə xarakteri daşıyır. Yalnızyardımın konkret həcmi və maliyyə mənbələri ilə bağlı deyil, həm dəiqlim maliyyəsinin tərifinin müəyyənləşdirilməsi ətrafında çoxlumüzakirələr olacaq. Bu isə çox vacibdir – maliyyə axınları hansılayihələrə yönəldiləcək. Belə “yaşıl layihələrin qlobaltaksonomiyasının” razılaşdırılması, əlbəttə ki, iqlim gündəliyinininkişafına təsir edəcək. Bu müzakirələrdə bizə yüksək emissiyasəviyyəsinə malik olan və ya emissiyaların azaldılmasının çətinolduğu sahələrdə keçidin maliyyələşdirilməsinə diqqət yetirməkvacibdir", - nazir bildirib.

Təmiz enerjiyə qlobal keçidin dəstəklənməsində Rusiyanıntəcrübəsi

M.Reşetnikov bildirib ki, milli elmi təcrübə iqlim danışıqlarınatexniki dəstək və qərar qəbulu prosesinin müxtəlif aspektlərindəgeniş istifadə olunmalıdır.

"Bundan əlavə, milli tədqiqatlar qlobal səviyyədə iqlimlə bağlıməlumatların zənginləşdirilməsi və dəqiqləşdirilməsinə töhfə verəbilər.

12 noyabrda Rusiya pavliyonu çərçivəsində elmi ictimaiyyət bizimmilli layihəmizi — “Rusiya İqlim Monitorinq Sistemi”ni təqdimedəcək. Milli hesabatların — emissiya və udma kadastrınınhazırlanmasında onun istifadəsi ilə bağlı əməkdaşlıq etməyə vətəcrübə mübadiləsi aparmağa hazırıq. Layihənin nəticələridekarbonizasiya və adaptasiya üzrə effektiv qərarların qəbuluna,energetika və ümumiyyətlə iqtisadiyyat sahəsində işlərinkeyfiyyətli şəkildə qurulmasına kömək edir.

Əhəmiyyətli mövzulardan biri də su ehtiyatlarının qorunmasıdır.Ölkələrimiz iqlim dəyişikliyi nəticəsində Xəzər dənizində susəviyyəsinin azalmasını müşahidə edir. Elmi və ekspert işlərisahəsində təcrübə mübadiləsi qurmağı təklif edirik. Bundan əlavə,Xəzər və Samur çayı ekosistemlərinin monitorinq və modelləşdirmətədqiqatlarının nəticələrini təqdim etməyə, həmçinin, Azərbaycanmütəxəssislərinə istixana qazı emissiyaları və udulmaları üzrəMilli kadastrın hazırlanması üçün təlim keçməyə hazırıq", - obildirib.

Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı

Nazir vurğulayıb ki, Azərbaycan Rusiyanın stratejitərəfdaşıdır.

"Bu, 2022-ci ildə Azərbaycan və Rusiya dövlət başçılarıtərəfindən imzalanmış Müttəfiqlik Əlaqələri haqqında Bəyannamədə vəqlobal, həm də regional miqyasda sabitliyin və təhlükəsizliyinartırılmasına yönəlmiş birgə fəaliyyətlərdə əks olunub.

2024-cü ilin əvvəlində üçillik əməkdaşlıq istiqamətləri üzrəəsas sahələrdə Yol Xəritəsi təsdiqlənmişdir. Bu istiqamətlərarasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinintəkmilləşdirilməsi, birgə layihələrin sayının artırılması, qidaməhsullarının tədarükünün genişləndirilməsi, eləcə dəsosial-humanitar və turizm sahəsində əməkdaşlığın genişləndirilməsikimi prioritetlər yer alır.

Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr yüksəksəviyyədədir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarıarasında ilk üçlükdə yer alır. Qarşılıqlı ticarət yaxşı nəticələrgöstərməyə davam edir. 2024-cü ilin ilk səkkiz ayı ərzində ticarətdövriyyəsi 8,5% artmışdır", - o bildirib.

M.Reşetnikov qeyd edib ki, Rusiya ixracı təxminən 10 faizartaraq neft və neft məhsulları, ərzaq və kənd təsərrüfatı xammalı(taxıl, yağlar və piylər, kakao, qənnadı məmulatları), metallar(qara metalllar və onlardan hazırlanmış məmulatlar, alüminium),plastik və elektrik maşın və avadanlıqlarının tədarükü hesabınagenişlənmişdir.

"Azərbaycanla ticarətimizdə də artım müşahidə olunur.Azərbaycandan idxalımız 5,5% artıb. Azərbaycandan gətiriləntərəvəz, yumurta və süd məhsulları, spirtli və spirtsiz içkilər,heyvani və bitki mənşəli yağlar və piylər, plastik və kimyaməhsulları, elektrik məişət cihazları, gəmilər və qayıqların həcmiartırılıb.

İl ərzində qarşılıqlı ticarətin ümumilikdə azı 10% artacağıgözlənilir. Ticarət-iqtisadi əməkdaşlığı investisiya layihələridəstəkləyir. Azərbaycanın ərazisində Rusiya kapitalının iştirakıilə təxminən 1,3 min müəssisə yaradılmışdır.

Avtomobil istehsalı sahəsində bu il “AvtoVAZ” şirkətininistehsalı təşkil edilib və artıq 1 mindən çox avtomobil buraxılıb.Bu il həmçinin “QAZ Qrupu”na aid 179 avtomobilin yığılması həyatakeçirilib, “KAMAZ” servis mərkəzi fəaliyyət göstərir. Əczaçılıqsahəsində isə şəkərli diabetin müalicəsi üçün dərman istehsalıtəşkil olunub, ilk insulin partiyasının istehsalı planlaşdırılır.Bütün bunlar Rusiya və Azərbaycan arasındakı iqtisadi əlaqələrçərçivəsində baş verir", - o bildirib.

Nazir bildirib ki, avqust ayında Dağıstanda birgənəqliyyat-logistika mərkəzi açılıb. 2024-cü ilin ən mühümhadisələrindən biri Bakı Metropoliteninə vaqon tədarükü üzrəmüqavilənin bağlanması oldu.

"Gələcəkdə sənaye sahəsində əməkdaşlığı inkişaf etdirməyiplanlaşdırırıq. Gələn il alüminium və polad kompozit panellərzavodunun açılması nəzərdə tutulur, Sumqayıt Kimya Sənaye Parkındakimya məhsulları istehsalının təşkilinə dair işlər aparılır.

Bu il Rusiya və Azərbaycan iqlim dəyişikliyi sahəsindəəməkdaşlığın inkişafında böyük uğurlar əldə ediblər. İqlimdəyişikliyi və aşağı karbonlu inkişaf məsələləri üzrə AnlaşmaMemorandumu üzərində iş tamamlanıb. Xatırladım ki, memorandumunimzalanması 19 avqust 2024-cü il tarixində Rusiya FederasiyasıPrezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri zamanıbaş tutub. Bu sənəd iqlim layihələrinin birgə həyata keçirilməsi,iqlim dəyişikliyinə uyğunlaşma məsələləri üzrə təcrübə mübadiləsiüçün əsas yaradır. Memorandumun müddəalarının praktiki şəkildəicrasına tezliklə başlamaq üçün ikitərəfli məsləhətləşmələri ənqısa zamanda həyata keçirməyi planlaşdırırıq", - nazir əlavəedib.

Seçilən
46
2
az.trend.az

3Mənbələr