AZ

Mikrokreditlər bölməsinin rəhbəri - VAKANSİYA

"Bank of Baku" şirkəti, Mikrokreditlər bölməsinin rəhbəri (Bakı filialı) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
  • Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak edir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitəsinə sədrlik edir;
  • Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir.

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
  • MS Office proqramları ilə işləmə bacarığı.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
 

Zemfira Ms
Fins.az

Seçilən
15
41
fins.az

10Mənbələr