AZ

Bu ilin 9 ayını mənfəət və zərərlə başa vuran rayon və şəhərlərin hotelləri - SİYAHI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı hotellər və hotel tipli obyektlər 105 milyon 963,1 min manat xalis mənfəətlə başa vurublar.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən Bakı hotelləri 93 milyon 579 min manat mənfəət əldə edib.

Daha 7 rayonun mənfəəəti 1 milyon manatda çox olub. Bunlara Quba (5 milyon 703,9 min manat), Qəbələ (4 milyon 551 min manat), Qusar (2 milyon 533,4 min manat), Şamaxı (1 milyon 821,5 min manat), Xaçmaz (1 milyon 575,1 min manat), Masallı (1 milyon 453,7 min manat) və Şəki (1 milyon 319,8 min manat) rayonları daxildir.

4 rayonun hotelləri cüzi mənfəətdədir. Bunlar Lerik (0,7 min manat), Ağdaş (min manat), Zərdab (1,4 min manat) və Salyan (3 min manat) hotelləridir.

Hesabat müddətində 18 rayonun hotel və hotel tipli obyektləri zərər ediblər.

Hələlik kəskin zərərdə olan hotellər də var. Belə ki, Şuşa hotelləri 3 milyon manata yaxın, Lənkəran hotelləri isə 2 milyon 866,4 min manata yaxın zərər edib. Bu hotellərin əldə etdikləri gəlirlər xidmət istehsalına çəkdikləri xərclərdən aşağı olub.

Seçilən
66
fed.az

1Mənbələr