AZ

Tramp məhdudiyyətləri aradan qaldıracaq

Tramp

ABŞ-nın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəyə başladığı ilk gündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib.

Reyting.az
bildirir ki, bu məlumatı İsrailin “Kanal 12” televiziyası yayıb.

Xəbərdə prezident seçkilərindən sonra Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığının birində ABŞ-nın Tel-Əvivə silah transferlərinin gündəmə gətirildiyi qeyd edilib. Görüş zamanı Trampın Ağ evdə vəzifəyə başladığı ilk gün Netanyahuya İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verdiyi bildirilib.

Xatırladaq ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb.

Qeyd edək ki, Tramp Ukrayna münaqişəsi ilə bağlı da vədlər verib. O, deyib ki, Ukraynada münaqişəyə son qoymaq üçün hər şeyi edəcək və lazım olandan çox çalışacaq. O, Ağ evə gəlişindən sonra Birləşmiş Ştatların xarici siyasətində proqnozlaşdırılan dəyişikliklərin baş verəcəyini söyləyib: “Biz Yaxın Şərqdəki böhranlı vəziyyət üzərində işləyəcəyik. Rusiya və Ukrayna münaqişəsi üzərində isə çox, lap çox çalışacağıq. Buna son qoyulmalıdır”.

Onu da qeyd edək ki, Tramp 2025-ci il yanvarın 20-də Ağ evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.

E. KAMAL
Seçilən
38
reyting.az

1Mənbələr