AZ

Sensasion erməni dələduzluğu - "Ayı dərisi" geyinərək sığorta şirkətlərinə fırıldaq gələn dəstə qandallandı (TƏFƏRRÜAT, FOTO)

ABŞ-da dünyada bənzəri olmayan "sığorta fırıldaqçılığı" ilə məşğul olan ermənlərdən ibarət dəstə ifşa olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə 4 şübhəli sığorta şirkətinə müraciət edərək avtomobillərinə ayının hücum etdiyini iddia edib, pul tələb etmələrindən sonra araşdırılıb.

Məlumata görə, ermənilərdən ibarət dəstə "ayı hücumu"na sübut olaraq Kaliforniyada yerləşən sığorta şirkətinə təhlükəsizlik kamerasının görüntülərini təqdim ediblər: "Görüntüdə “heyvan”ın "Rolls Royce"-un qabaq oturacağına daxil olaraq lüks avtomobili zədələdiyi faktı yer alısa da, bu, şirkət ekspertlərində şübhə doğurub. Şübhə səbəbindən sığorta şirkəti Kaliforniya polisinə məlumat verib. Polisin dəstə ilə bağlı araşdırması zamanı isə şok faktlar üzə çıxıb. Belə ki, onlardan birinin evində ayı dərisindən hazırlanmış xüsusi geyimi aşkarlanıb".

Kaliforniya Sığorta Şirkətindən bildirilib ki, bundan sonra təqdim olunan videodakı ayı deyilən canlının, əslində, şübhəlilərdən biri olduğu təsdiqlənib: "O, ayı dərisindən hazırlanmış geyimlə əvvəlcədən qurulmuş plana uyğun olaraq maşına ciddi zərər verir. Məqsəd isə sığortdan daha çox pul qoparmaq olub..."

O da bildirilib ki, sığorta şirkəti təqdim olunan görüntülərdəki şəxsin ayı olub-olmadığını müəyyən etmək üçün vəhşi təbiət üzrə ekspertlərin də rəyni alıb: "Ekspertiza da görüntüdəki canlının “ayı kostyumu geyinmiş insan" olduğunu müəyyən edib".

Xəbərdə deyilir ki, ermənilərdən ibarət bu dəstənin oxşar fırıldağı uzun illər əvvəl sınaqdan çıxarmaları da müəyyən olunub: "İstintaq müəyyənləşdirib ki, fırıldaqçı dəstə bundan 2010 və 2015-ci illərdə də bir neçə dəfə belə dələduzluq ediblər. Onlar sığorta şirkətindən bu yolla 150 min dollardan çox pul qapazlayblar..."

Məlumata görə, istintaq çərçivəsində ayı qılığına girmiş 4 şübhəli tutulub: "Bəlli olub ki, bunlar Los-Ancelesdə yaşayan 26-39 yaş aralığında olan erməni əsilli Ruben Tamrazyan, Ararat Çirkinian, Vahe Muradxanyan, Alfiya Zukermandır. Onların 4-ü də həbs edilib...."

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
78
mia.az

1Mənbələr