Bazar ertəsi milyarder İlon Mask İranın BMT-dəki səfiri Əmir Səidə İrəvani ilə görüşüb. Tərəflər Vaşinqton və Tehran arasında gərginliyin azaldılmasını müzakirə ediblər.
Bu barədə The New York Times və CNN məlumat yayıb.
İş adamı ilə İran nümayəndəsi arasında görüş Nyu-Yorkda gizli bir yerdə baş tutub və bir saatdan çox davam edib. İran rəsmiləri bildiriblər ki, söhbət iki ölkə arasında gərginliyin necə aradan qaldırılacağına dair olub. Onlar görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər.
Öz növbəsində Trampın kommunikasiyalar üzrə direktoru Stiven Çunq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın müttəfiqinin İran nümayəndəsi ilə görüşünü nə təsdiq, nə də təkzib edib.
Oxuməni.az