AZ

Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi

Bakı, TurkicWorld

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (ACDC) qitənin ilk meymunçiçəyi testini təsdiqləyib.

TurkicWorld-in məlumatına görə, bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılan press-relizdə deyilib.

Məlumata əsasən, test Mərakeşdə icad edilərək sınaqdan keçirilib.

"ACDC Mərakeşdə icad edilən və sınaqdan keçirilən mpox (meymunçiçəyi) üçün qitənin ilk testini təsdiqlədi və onu epidemiya ilə mübarizədə əhəmiyyətli bir mərhələ olaraq görür", - sənəddə qeyd edilib.

Bildirilib ki, bu test kütləvi istifadə üçün tövsiyə olunur.

Seçilən
62
turkic.world

1Mənbələr