AZ

“Hizbullah” İsrailin hərbi bazasını hədəfə alıb

“Hizbullah”

“Hizbullah” İsrailin Tel-Əviv şəhərindəki Tel-Haim hərbi bazasının “nisbi raketlərlə” hədəf alındığını açıqlayıb.

Reyting.az
xəbər verir ki, “Hizbullah” bununla bağlı açıqlama yayıb.

Bildirilir ki, adıçəkilən baza İsrail ordusunun hərbi kəşfiyyat idarəsinə aiddir və Livan sərhədindən təxminən 120 kilometr aralıda yerləşir.

“Hizbullah”a yaxın sosial media hesablarında hücumun görüntüsü paylaşılsa da, İsrail məsələ ilə bağlı açıqlama verməyib.

V. QULİYEV
Seçilən
17
reyting.az

1Mənbələr