Avropada qazın qiyməti min kubmetr üçün 500 dolları keçib.
Bakuinfo.net xəbər verir ki, bu göstərici Londonun ICE birjasının məlumatlarına əsaslanır. Bu qiymət 28 noyabr 2023-cü ildən bəri ilk dəfə belə yüksək səviyyəyə çatıb.
Son statistikaya görə, Niderlanddakı TTF mərkəzində dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 503,14 dollar (artım +4,03%) təşkil edir. Noyabrın 13-də isə bağlanış qiyməti 483,64 dollar olub.
Bununla yanaşı, neft bazarında azalma müşahidə edilir. "Brent" markalı neftin yanvar fyuçersləri 72,25 dollara (-0,042%), WTI-nin isə dekabr tədarük qiyməti 68,38 dollara (-0,073%) enib.
Avropada qış aylarının yaxınlaşması ilə soyuq hava şəraiti səbəbindən yeraltı qaz ehtiyatlarından istifadə artıb. Bu səbəbdən ehtiyatlar noyabrın əvvəlindəki 95%-dən 93,04%-ə qədər azalıb.