Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında döyüşdən əvvəl çəki və üz-üzə mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbir qalmaqalla nəticələnib.
Boksçular üz-üzə dayandığı anda Tayson rəqibinə bir sillə ilişdirib. Ara qarışıb və onları güclə sakitləşdiriblər.
Ceyk rəqibinə hədə-qorxu gəlib: “Bu, artıq şəxsi məsələyə çevrilib. O, ölməlidir”.
Tayson çəki mərasimində daha ağır olub. O, 103,41 kq, Pol isə 102,96 kq olub.
Qeyd edək ki, boksçuların döyüşü noyabrın 16-da keçiriləcək.
İdman.biz