AZ

Paşinyanın 6 il 6 ay 6 gündən sonra yeni imici: ermənilər iki cəbhəyə bölündü

Ermənistanın baş naziri Nikol Paşinyanın yeni imici ermənilər tərəfindən bərmənalı qarşılanmayıb.

Modern.az xəbər verir ki, saqqalını və bığını qırxan baş naziri tənqid edənlər də var, alqışlayanlar da.

Sosial şəbəkələrdə Paşinyanın yeni imicinə görə iki cəbhə yaranıb: onu söyənlər və müdafiə edənlər.

Məsələn, hüquq müdafiəçisi Ruben Melikyan Nikol Paşinyanın imic dəyişikliyinə toxunaraq yazıb:

“Bu dəccal hakimiyyətin ələ keçirilməsindən düz 6 il 6 ay 6 gün sonra (8 may 2018-ci il tarixindən) saxtalaşdırılıb. Göstərişləri kimin verdiyini bilmirəm, amma bu adam simvolizmin böyük həvəskarıdır, bu danılmaz faktdır”.

Paşinyanı müdafiə edən Karen Qaloyan adlı sosial şəbəkə istifadəçisi isə yazıb: "Savadsız media və onun ardınca gedən kütlənin bir aylıq qeybət mövzusu hazırdır”.

Sosial şəbəkələrdə Paşinyanı ruhi xəstə, təlxək, axmaq, boşboğaz adlandıranlar da olub.

Bununla yanaşı, “cənab baş nazi, çox cavanlaşmısan, çox gözəl yaraşır” qeydləri edənlər də var.

Seçilən
37
35
modern.az

10Mənbələr