AZ

Quba hotelləri zərərdən mənfəətə keçib.

Quba hotelləri bu ilin 9 ayı ərzində 18 milyon 589,6 min manat xərcə qarşı cəmi 24 milyon 293,5 min manat gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da gəlirlərin xərclərdən çox olması nəticəsində hotellərin 5 milyon 703,9 milyon manat mənfəət etmələri ilə nəticələnib.

Son bir illə müqayisədə gəlirlər 10 milyon 822,5 min manat və ya 80,3%, xərclər 4 milyon 518 min manat və ya 32,1%,  artıb. Rayonun hotelləri ümumilikdə zərərdən mənfəətə keçib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Quba hotelləri cəmi 671,7 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi  gəlirlər 13 milyon 471 min manat, xərclər isə 14 milyon 71,6min manat idi. Rayonun hotelləri ötən ilin 9 ayını 600,6 min manat zərər etmişdi.

Seçilən
28
fed.az

1Mənbələr