AZ

Nazir: "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı saziş strateji tərəfdaşlığın təzahürüdür"

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında 2 gün əvvəl imzalanmış "yaşıl enerji"nin inkişafı və keçidi sahəsində strateji tərəfdaşlıq üzrə hökumətlərarası saziş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələrinin təzahürüdür.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"Bu saziş regionda "yaşıl enerji" dəhlizinin yaradılması, inteqrasiya olunmuş elektrik enerjisi bazarlarının inkişafı və bərpa olunan enerjinin digər regionlara ixracının asanlaşdırılması üçün güclü təməl yaradır. Milli enerji şirkətlərinin səhmdarlarının razılaşması, birgə müəssisənin yaradılması bu layihənin uğurla həyata keçirilməsi üçün mühüm mərhələlər olacaq. Nəzərdə tutulur ki, birgə müəssisə yaradıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyası üzrə tədqiqat işlərinə başlanılsın. Məsləhətçi şirkət "Chessie" layihəyə cəlb olunub. Onu da deyim ki, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Mərkəzi Asiyanın digər ölkələri, xüsusilə gələcəkdə yüksək artım resurslarına malik olan Qırğızıstan və Tacikistan da bu layihəyə uğurla qoşula bilərlər. Onlar aralıq bərpa olunan enerji mənbələrinin balanslaşdırılması üçün istifadə ediləcək hidro resursları vasitəsilə bu layihəyə əlavə dəyər qatacaqlar" - o vurğulayıb.

Seçilən
68
50
far.az

10Mənbələr