Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.
Ətraflı sujetdə: