AZ

Deku: “Barselona”nın yeni hücumçuya ehtiyacı yoxdur”

“Barselona”nın idman direktoru Deku uruqvaylı müdafiəçi Ronald Arauxo ilə müqavilənin müddətinin uzadılması ilə bağlı fikrini paylaşıb.

Arena.az Dekunun bu barədə fikrini təqdim edir:

“İnanıram ki, Ronald Arauxo bizim layihəmizin bir hissəsi olmaq istəyir. Biz bunun üzərində işləyirik, amma oyunçuların fikirlərinin bizimlə üst-üstə düşməsi də vacibdir. Biz nə istədiyimizi bilirik, amma bu, həmişə oyunçulardan da asılıdır”, deyə klub rəsmisi vurğulayıb.

Deku Kataloniya təmsilçisinin “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland və Lissabon “Sportinq”inin isveçli hücumçusu Viktor Dyökereşlə maraqlanması ilə bağlı xəbərləri də cavablayıb:

“Əvvəlcə, Erlinq Halandın gələcəkdə istədiyimiz oyunçu olub-olmadığını başa düşməliyik. Viktor Dyökereşin transferi də bizim üçün üstün hədəf deyil. Bizim, hazırda yeni hücumçuya ehtiyacımız yoxdur, çünki bizdə Robert Levandovski var”.

“Barselona”nın bu ilin yayında heyətində qatdığı ispan yarımmüdafiəçi Daniel Olmo ilə də bağlı yeni məlumat var. İspaniya mətbuatının yazdığına görə, Kataloniya klubuna 2024/2025-ci illər mövsümünün ikinci yarısı üçün Daniel Olmonu qeydiyyata salmağa təxminən 50 milyon avro məbləğində pul vəsaiti gərəkdir. “Barselona” Olmonu, eləcə də ispan hücumçu Pau Viktoru qeydiyyatdan keçirmək üçün ya klub büdcəsində bu məbləğə müvafiq yer açmalı, ya da bu vəsaiti əldə edib qeydiyyatı tamamlamalıdır.

Vurğulanır ki, hazırda Kataloniya klubunun maliyyə imkanı dardır, amma “blauqrana” müəyyən edilmiş məbləği tapa biləcəyinə əmindir. Belə bir vəziyyətdə “Barsa”nın Erlinq Haland və Viktor Dyökereş kimi bahalı oyunçulara maraq göstərməsi barədə yarılan xəbərlər isə birmənalı qarşılanmır.

Seçilən
13
arena.az

1Mənbələr