AZ

İlin ən məşhur və etibarsız şifrələriməlum oldu

Şifrə meneceri "NordPass" zəif parolların yeni siyahısını dərc edib.

Redaktor.az-ın məlumatına görə, ənənəvi olaraq, bir neçə ildir ardıcıl olaraq lider mövqedə olan "123456" şifrəsi yenə də birinciliyini qoruyub.

Həmçinin siyahıda “123456789”, “password” və “qwerty123” şifrələri yer alıb. Bundan başqa, istifadəçilərin maraqlarını əks etdirən daha maraqlı variantlara da rast gəlmək mümkündür: məsələn, "iloveyou" (səni sevirəm), "pokemon", "naruto", "samsung" və "minecraft".

Bəziləri “P@ssw0rd” kimi məşhur kombinasiyalardan istifadə edərək şifrənin güclülüyünü artırmağa çalışır, lakin belə parollar hələ də bir neçə saniyə ərzində sındırıla bilir.

Şifrə seçimi ilə bağlı ölkələr arasındakı üstünlük fərqləri də maraqlıdır: britaniyalılar çox vaxt “liverpool”, polyaklar isə “agnieszka” seçirlər.

"NordPass" qeyd edib ki, siyahını tərtib etmək üçün 2,5 TB tutumlu verilənlər bazası, o cümlədən darknet məlumatlarından istifadə edilib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
40
redaktor.az

1Mənbələr