Təxminən bir il əvvəl “Acun Medya” İsveçrədə yerləşən “Highlight Communications” media qrupunun törəmə şirkəti olan “Sport1” kanalının 50%-ni 30 milyon avroya almışdı. “Medien AG” isə şirkətin qalan 50%-ni alıb.
İndex.az xəbər verir ki, Acun Ilıcalının ortaq olduğu kanalın izləyicilərin tələblərinə cavab verə bilmədiyi üçün transfer edildiyi iddia edilib.
Buna uyğun olaraq, daha çox rəqəmsal platformalara fokuslanmağa qərar verən “Sport1” və “eSPORTS1” kanalları “Sportdigital1+” və “eSportsONE” kimi yayımlarını davam etdirəcəklər.
Qeyd edək ki, kanalların “Sportdigital TV Sende” və “Productions GmbH” şirkətinə satıldığı bildirilib.