AZ

Avropada miqrantlara qarşı təzyiqlərə görə Bakıda etiraz aksiyası keçirildi - FOTO

Bugünkü səssiz aksiyanı keçirməkdə məqsəd Avropada miqrantlara qarşı kobud və qeyri-insani rəftara “yox” deməkdir.

Avropada miqrantlara qarşı təzyiqlərə görə keçirilən səssiz etiraz aksiyasında iştirak edən “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəribova Nərminə açıqlamasında deyib:

“Avropa ölkələrində miqrantlara qarşı qeyri-insani, alçaldıcı rəftar insanı dəhşətə gətirir. Oraüz tutan miqrantlara qarşı qanunlar sərtləşdirilir və kriminallaşdırılır. Miqrantlar qanunsuz həbs edilir, pis şəraitdə saxlanılır. Anti-sanitariya bir çox yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Qadın və uşaqlar zorakılığa məruz qalırlar. Miqrant uşaqların təhsil və sağlamlıq huququ pozulur. Onların məşğulluq problemləri həll olunmur.

Ölkələrin siyasəti nə olur olsun, dinindən, irqindən, etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün insanlara qarşı münasibət eyni olmalıdır, ikili standartlara yol verilməməlidir.

Tələbimiz odur ki, Avropa ölkələri demokratik standartlara əməl etsinlər. Öhdəliklərinə götürdükləri beynəlxalq sənədlərə, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına əməl etsinlər.

Avropa ölkələri nəzərdən qaçırmamalıdırlar ki, onların yaxın Şərqdə, Afrika regionunda apardığı müharibələr, süni yaradılmış münaqişələr, müstəmləkəçilik siyasəti bu miqrasiya dalğalarının artmasına səbəb olub. Onlar öz istəyi ilə öz torpaqlarını tərk etmirlər.

İnsanların dünyada rifah içində yaşaması üçün dünyanın gözəl bir yer olmasını, ətraf mühitin qorunmasını istəyiriksə birinci müharibələr dayandırılmalı və insanlara qarşı ədalətli münasibət bərpa edilməlidir. Dünya uşaqların xoşbəxt olduğu bir yer olmalıdır.

Beynəlxalq tədbirdə diqqəti az da olsa bu həssas məsələyə yönəltmək istədik”.

Fotonu

Fotonu

Fotonu

Seçilən
43
turkustan.az

1Mənbələr