AZ

Parisdə israilli və fransız azarkeşlər arasında toqquşma baş verdi

Sen-Denidə "Stad de Frans" stadionunda UEFA Millətlər Liqasının oyunu zamanı israilli və fransız azarkeşlər arasında toqquşma baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Post” yazır.

Hadisə yerli vaxtla saat 20:45-də oyunun başlamasından az sonra baş verib. Bildirilir ki, tribunada dava düşəndə bir neçə israilli azarkeş İsrail bayraqlarına bürünüb.

Təhlükəsizlik əməkdaşları dərhal hadisəyə müdaxilə edib və münaqişə böyüməyib. Polis qeyd edib ki, davanın dəqiq səbəbləri hələlik məlum deyil.

Futbol oyunu Amsterdamda son antisemit zorakılığı səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Stadiona 4000 polis və təhlükəsizlik işçisi yerləşdirilib, daha 1500 nəfər isə asayişi təmin etmək üçün ictimai nəqliyyatın yaxınlığında yerləşdirilib.

Xatırladaq ki, noyabrın 8-nə keçən gecə Amsterdamda "Azad Fələstin” qışqıran bir qrup şəxs "Ayaks” və "Makkabi” futbol klubları arasında keçirilən oyuna baxmağa gələn israilli futbol azarkeşlərinə hücum edib. 10 nəfərin xəsarət aldığı bildirilir. 

Niderlandın Baş naziri Dik Skof İsrailin baş naziri Benyamin Netanyahuya bütün günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.

Nizami Bağırov
Seçilən
47
1
qaynarinfo.az

2Mənbələr