AZ

"Ford Motor" şirkəti 165 milyon dollar cərimələndi

Ford Motor Company, ABŞ hökumətinə 165 milyon dollara qədər cərimə ödəməyə razılaşıb. Cərimənin səbəbi geri çağırışlarda gecikmə və Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasına (NHTSA) düzgün məlumat təqdim edilməməsidir.

10 ən böyük təchizat şirkətindən biri olan "Schaeffler" 4700 nəfəri işdən çıxaracaq

FED.az xəbər verir ki, bu cərimə Takatanın hava yastıqları ilə bağlı ödədiyi məbləğdən sonra NHTSA tarixində ikinci ən böyük cərimədir.  

Şirkət 2020-ci ildə arxa görünüş kameralarındakı nasazlıqla əlaqədar geri çağırışda gecikib və əlavə olaraq NHTSA-ya tələb olunan hesabatları təqdim etməyib. Razılaşmaya əsasən, Ford dərhal 65 milyon dollar ödəyəcək, 45 milyon dollar isə qanunlara riayət üçün xərclənəcək. Daha 55 milyon dollarlıq məbləğ isə təxirə salınıb.  

Ford üç il ərzində geri çağırış prosedurlarına nəzarət etmək üçün müstəqil bir monitorinq qrupu ilə əməkdaşlıq edəcək. Şirkət geri çağırışları sürətləndirmək və təhlükəsizlik problemlərini vaxtında aşkar etmək üçün yeni texnologiyalara sərmayə yatıracağını açıqlayıb.

Seçilən
34
fed.az

1Mənbələr