AZ

Fransa və İsrail yığmaları arasında keçirilən oyun zamanı azərkeşlər arasında dava düşüb

Parisdə Fransa və İsrail yığmaları arasında Millətlər Liqasının beşinci turu çərçivəsində keçirilən oyunda azərkeşlər arasında dava düşüb.

Editor.az bildirir ki, bu barədə “RMC Sport” radiostansiyası məlumat yayıb. İsrail millisinin heyəti açıqlanarkən və dövlət himni səsləndirilərkən “Stad de Frans” stadionunun tribunalarından fit səsi eşidilib. Bir neçə dəqiqə sonra fransalı azarkeşlərin şimal tribunalarında dava düşüb.

Davada 50-yə yaxın insan iştirak edib. Bundan başqa, israilli azarkeşlərin olduğu sektorda qarşıdurmalar qeydə alınıb.
Radiostansiyanın məlumatına görə, iğtişaşlar bir neçə dəqiqə davam edib, bundan sonra asayiş keşikçiləri vəziyyəti stabilləşdiriblər. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Matçdan əvvəl “Stade de Frans” meydançası üstündə sünbüllər olan barmaqlıqlarla hasarlanmışdı. Bu, azarkeşlərin meydançaya soxulmaq cəhdlərinin qarşısını almaq üçün edilib.

Tribunalarda ilk sıralar brezentlə örtülmüşdü.
Xatırladaq ki, noyabrın 8-nə keçən gecə Amsterdamda İsrailin “Makkabi” klubunun futbolçularına Avropa Liqasının Hollandiya “Ayaks”ı ilə oyunda dəstək verməyə gələn İsrail vətəndaşlarına qarşı silsilə hücumlar baş vermişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr