AZ

Erməni hərbçi: “Azərbaycan Qaragölü döyüşsüz alıb”

“Azərbaycan üçün üçün yüksəkliklərin ələ keçirilməsi siyasi deyil, hərbi əhəmiyyət kəsb edir. Yəni, müəyyən əlverişli geosiyasi reallıqlar olduğu halda Ermənistanla Azərbaycan arasındakı bütün təmas xətti boyunca hücuma keçə bilsin”. Tribunainfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Hayk Nahapetyan deyib.

O iddia edib ki, Qara gölün ərazisində Azərbaycan yüksəklikləri tutmayıb, erməni tərəfi onları təhvil verib. “Yəni o ərazilərdə Ermənistanın yüksəkliklərini döyüşsüz ələ keçirmək mümkün olub”.

Nahapetyan hesab edir ki, demilitarizasiya Azərbaycanın “A planıdır”. “Ermənistana hücum “B planıdır”. Hələlik Azərbaycan güc təhdidi altında lazım olanı almağa çalışır”.

Erməni ekspert onu da deyib ki, Azərbaycanlılar tezliklə Naxçıvan sərhədi istiqamətində fəallaşacaq. “Uyğun fürsətdə sıçrayış təmin etmək üçün həmin ərazidə müəyyən yüksəkliklər almağa cəhdlər ediləcək. Nəticədə Paşinyanın göstərdiyi xəritədəki böüyk hissə mühasirəyə alınacaq. Ən azından Azərbaycanın istəyi o hissədir. Çünki Turan dünyasını quru yolu ilə birləşdirəcək əsas yer oradır”.

Seçilən
40
tribunainfo.az

1Mənbələr