AZ

Qış yaxınlaşır, eyni problemlər baş qaldırır

Havaların soyuması avtomobilin istismarını çətinləşdirir. əgər sürücü texnikanı qışa hazırlamırsa, o zaman avtomobilə zəruri ehtiyac yarandığında sürprizlə üzləşə bilər.

Avtosfer.az xəbər verir ki, havalar soyuduqda avtomobillərdə bəzi problemlər üzə çıxır. Lakin bunların qarşısını profilaktik tədbirlərlə almaq mümkündür.
Sürpriz yaradan problemlərin başında akkumulyator dayanır. Axşam evə gələn sürücü səhər avtomobili işə salmaq istədikdə qəribə mənzərə ilə üzləşir: akkumulyatorun gücü starteri cüzi şəkildə tərpətməyə yetir. Batareya boşalıb, indi akkumulyator almaq vaxtıdır. Halbuki, batareya nadir hallarda anidən boşalır. Starterdə zəifləmə əlaməti görünən kimi akkumulyator yenilənsə belə sürprizlər olmaz. Həm də nəzərə alaq ki, müasir avtomobilləri itələyərək işə salmaq mümkün deyil. 

İkinci ciddi problem. Benzin mühərriklərində alışdırma şamları və onların yüksək gərginlikli kabelləri köhnəldikdə rütubətli və soyuq havada mühərriki işə salmaq çətinləşir. Hətta qızdıqdan sonra belə, mühərrik normal işləmir. Buna görə də, şamları və kabelləri müəyyən intervalla dəyişmək lazımdır. 

Dizel mühərriklərində isə qızdırıcı şamlar vacib detaldır. Düzdür, mülayim havada bu detal işləməsə belə, mühərrik işə düşür. Lakin şaxtalı havada əksi ola bilər. Bir vacib məqamı da unutmayaq: qızdırıcı şamın funksiyası təkcə mühərrikin asan işə salınması deyil, həm də ətraf mühitin qorunmasıdır. Soyuq havada tez və asan işə düşən Dizel mühərrikində toksiklik də aşağı olur. Bunun əhəmiyyətini isə COP29 tədbiri günündə ayrıca vurğulamağa ehtiyac var.
Bundan başqa, təkərlərə və tormoz sisteminə ümumi qulluq göstərmək də zəruridir.

Vüqar

Seçilən
39
avtosfer.az

1Mənbələr