AZ

Tramp kiçik Robert Kennediyə də yüksək vəzifə verəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp səhiyyə və insan xidmətləri naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürmək qərarını açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp bununla bağlı özünün “Truth” social səhifəsində bildirib:

“Mən kiçik Robert Kennedinin ABŞ səhiyyə və insan xidmətləri naziri olacağını elan etməkdən məmnunam. Çox uzun müddətdir ki, amerikalılar ictimai sağlamlıq məsələlərində aldatma və dezinformasiyaya əl atan sənaye, qida kompleksi və əczaçılıq şirkətlərinin əlindən əziyyət çəkirlər”.

O, kiçik Kennedinin Birləşmiş Ştatlarda xroniki xəstəliklərin epidemiyasına son qoyacağına əminliyini ifadə edib.

Əvvəllər Demokratlar Partiyasının üzvü olan kiçik Robert Kennedi son seçkilərdə müstəqil namizəd kimi öz namizədliyini irəli sürüb. Lakin sonradan o, söz azadlığı və iqtisadi müstəqillik də daxil olmaqla bəzi əsas məsələlərdə oxşar mövqelərə istinad edərək Trampı dəstəkləmək qərarına gəlib. Kennedi qeyd edib ki, onun bu qərarı Amerika dəyərlərinin dəyişdirilməsi və möhkəmlənməsinin zəruriliyinə inamı ilə bağlıdır.

Seçilən
36
50
modern.az

10Mənbələr