AZ

Azərbaycan COP29-da AYİB-in dəstəyi ilə keçirilən ilk BEM üzrə hərracın nəticələrini elan edə bilər

Bakı. Trend:

Azərbaycan, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)dəstəyi ilə keçirilən ilk bərpa olunan enerji mənbələri (BEM) üzrəhərracın nəticələrini COP29 çərçivəsində elan edə bilər.

Trend xəbər verir ki, bunuAYİB-in Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə enerji və təbiiresurslar departamentinin direktoru Aida Sitdikova COP29çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda deyib.

O qeyd edib ki, AYİB 14 ölkədə bərpa olunan enerji mənbələriüzrə hərraclar hazırlayır.

"Sevindirici haldır ki, onlardan ən azı üçü Mərkəzi Asiya vəAzərbaycandadır. Bunlar Özbəkistan, Qazaxıstan və Azərbaycandır.Ümid edirəm ki, Azərbaycan COP29 çərçivəsində AYİB-in dəstəyi iləkeçirilən ilk hərracının nəticələrini elan edəcək. Biz rəqabətlihərracların keçirilməsindən sonra bərpa olunan enerji mənbələrininistifadəsinin genişlənməsinə töhfə verəcək əhəmiyyətliirəliləyişlər müşahidə edirik", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr