AZ

Eks-prezident 50 min dollar pensiyasından məhrum edildi - SƏBƏB

Slovakiya prezident administrasiyası keçmiş prezident Andrey Kiskanın vergi fırıldaqlarında ittiham olunduğuna görə ona pensiya ödəməsini dayandırdığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilir ki, noyabrın 14-də Slovakiya prezident administrasiyası keçmiş prezident Andrey Kiskanın vergi fırıldaqlarında iştirakına görə ona pensiyaların ödənilməsini dayandırdığını açıqlayıb. 

Slovakiya prezidentləri vəzifədən getdikdən sonra ildə təxminən 50 min dollar pensiya alırlar.

Prezident administrasiyası əlavə edib ki, ödənişlərin dayandırılmasına oktyabrın 31-də apellyasiya məhkəməsinin Kiskanı vergi dələduzluğunda təqsirli bilən aşağı instansiya məhkəməsinin qərarını təsdiq edən və ona bir il şərti həbs cəzası verən qərarı səbəb olub.

Gülayə Mecdi 

Seçilən
40
1
unikal.az

2Mənbələr