Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının V turunda Estoniya yığmasını qəbul edəcəyi Qəbələ şəhər stadionunda işlər yekunlaşıb.
AFFA-dan verilən məlumata görə, arenada media tribunanın, yeni mərkəzi kamera platformasının, qapı arxası platformanın, texiniki ərazinin təmir-tikinti işləri, eləcə də mövcud platformaların gücləndirilməsi və çəkiliş maşınları meydançasının düzləşdirilməsi prosesi başa çatıb.
Qeyd edək ki, Azərbaycan–Estoniya oyunu noyabrın 16-da, saat 18:00-da başlayacaq.