AZ

COP29-da “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır

11-22 noyabr tarixlərində Azərbaycan BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) evsahibliyi edir. 198 tərəfi birləşdirən Konvensiyanın əsas qərarverici orqanı olan Tərəflərin Konfransı (COP) üçün ötən üç gün ərzində Bakıya BMT-nin Baş katibi Antoni Quterreşlə yanaşı, 80-ə yaxın ölkənin dövlət və hökumət başçısı gəlib.

12-13 noyabrda Liderlər Sammiti çərçivəsində dünya liderlər iqlim dəyişmələrinin qarşısının alınması və dəymiş ziyanın aradan qaldırılması istiqamətində müzakirələr apararaq təkliflər səsləndiriblər. Həmçinin kiçik ada dövlətlərinə yardım göstərmək və Paris Sazişinin tələbi olan karbon qazının miqdarını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi istiqamətlər üzrə birgə səy üçün çağırışlar edilib.

Bütövlükdə, bütün tərəflərin və dünyanın COP29-dan gözləntisi iqlim fəaliyyəti sahəsində ambisiyiaların həyata keçirilməsini təmin edəcək yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə iqlim maliyyəsi probleminin aradan qaldırılmasıdır. Bununla yanaşı, tənzimlənən karbon bazarlarının formalaşdırılması istiqamətində qərarın qəbul edilməsi də prioritet məsələlər sırasındadır. Bunları nəzərə alaraq COP29 Sədrliyi qarşıya qoyulan bütün hədəflərə çatmaq və tədbirin uğuruna töhfə vermək üçün ötən dövr ərzində “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu”, “Bakı Qlobal İqlim Şəffaflığı Platforması”, “COP Atəşkəs çağırışı” daxil olmaqla 14 təşəbbüslə çıxış edib.

Bu hazırlıqların nəticələrini əldə etmək üçün isə BMT-nin nəzarətində olan Mavi Zonada rəsmi danışıqlar davam etməkdədir. Burada növbəti günlər üçün enerji, elm, texnologiya və innovasiya, səhiyyə, təhsil, kənd təsərrüfatı, turizm, təbiət, biomüxtəliflik kimi bir çox mövzulara həsr edilən müzakirələr nəzərdə tutulub. Ancaq Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən, yaşıl keçidi, texnoloji həlləri və qlobal əməkdaşlığı özündə ehtiva edən Yaşıl Zona da silsilə tədbirlərin keçirildiyi məkandır. Burada konfrans otaqları ilə yanaşı, müxtəlif ölkələrin pavilyonları, qurumların stendləri ictimaiyyətə təqdim edilir.

Bu stendlərin hazırlanmasını həyata keçirən şirkətlər sırasında “Smart Expo” MMC də yer almaqdadır. İSO 45001 “Əməyin təhlükəsizliyi İdarəetmə sistemi” və İSO 9001 “Keyfiyyət İdarətemə Standartları” üzrə beynəxalq sertifikatlara sahib şirkət 2009-cu ildən bəri ən innovativ sərgi stendləri qurucusu və təchizatçısıdır. Lakin qurumun fəaliyyəti ölkə hüdudları ilə məhdudlaşmır. Beynəlxalq sərgilər üzrə böyük təcrübəyə malik olan “Smart Expo” MMC Türkiyə, Rusiya, Almaniya və dünyanın digər yerlərində də xidmət göstərən komandaya sahibdir. Şirkətin xüsusi layihələrin idarə edilməsi komandası müştərilər üçün xüsusi layihə meneceri təyin edir ki, həmin menecer  istəyə uyğun hazırlanmış layihənin həyata keçirilmə prosesi ərzində görülən işlərdən qarşı tərəfin tam məlumatlı olmasını təmin edir.  






Seçilən
6
qafqazinfo.az

1Mənbələr