AZ

“Rogun" SES Tacikistanın hidroenerji potensialının istifadəsini 8 faizə çatdıracaq - Nazir

Bakı. Trend:

“Rogun" SES-in tikintisi ilə Tacikistan enerji potensialının 8faizini istifadə edəcək.

Trend xəbər verir ki, bunuTacikistanın energetika və su resursları naziri Daler Cuma COP29çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda deyib.

“Tacikistan hidroenerji potensialına görə dünyanın 6 aparıcıölkəsi sırasına daxildir, lakin statistikaya görə, bu potensialıncəmi 4 faizi istifadə olunur. “Rogun" SES-in işə salınması ilə bugöstərici 8 faizə yüksələcək. “Rogun" SES layihəsi yalnız qarışıqmaliyyələşməni deyil, həm də əhəmiyyətli dövlət investisiyalarınınəzərdə tutur”, – deyə o qeyd edib.

O vurğulayıb ki, hidroenerji potensialının istifadə səviyyəsininartırılması üçün səylər və birbaşa xarici investisiyaların cəlbedilməsi vacibdir.

“Burada inkişaf üzrə beynəlxalq tərəfdaşlarımızınnümayəndələrini görməkdən məmnunam. Onlar bu cür investisiyalarıncəlb olunmasını dəstəkləyir. Biz əminik ki, hidroenerjipotensialının istifadəsi yalnız Tacikistan üçün faydalı olmayacaq,həm də bizim regional öhdəliklərimizi yerinə yetirməyə töhfə verənamillərdən biri olacaq. Regional öhdəliklər dedikdə, Mərkəzi Asiyavə Azərbaycanı Paris Sazişi kontekstində nəzərdə tuturam”, – deyə oəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr