AZ

İndi maskaların düşən vaxtıdır: Qreta Tunberq hara, Vəfa Nağı hara?

Qretanı başa düşdük, psixi xəstəlikləri olan, davamlı depressiyalardan, Asperger sindromundan, yüksəkfunksional autizmdən əziyyət çəkən bu isveçli gənc ekoaktivist Avropanın bəlli siyasi dairələrinin əlində alətə çevrildiyinə görə gəlib Tiflisdə ermənilərə dəstək aksiyası keçirir. Bəs, bu yaxınlarda "İndi vəfa vaxtıdır" sloqanı ilə Azərbaycan parlamentinə üzv seçilmək, millət vəkili olmaq istəyən Vəfa Nağının dərdi nədir?

Onu kim və nə məcbur edib ki, gedib Gürcüstanda üzünə maska taxır, Azərbaycanın ermənilərə qarşı guya etnik təmizləməyə yol verdiyini iddia edən mitinqə qatılır, “We Azerbaijanies stand with Karabakh Armenians” (“Biz azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq”) şüarı ilə düşmənlərimizə dəstək verir, Qreta Tunberqlə bir cərgədə addımlayır, əsl erməni həmrəyliyi nümayiş etdirir?

Onu bu addımı atmağa nə vadar edib?

O, bu hərəkətinin məsuliyyətini anlayırmı?

Bu qadın hələ sıradan bir ictimai fəal olduğu halda bu cür açıq erməni heyranlığı nümayiş etdirirsə, deputat seçiləcəyi təqdirdə Milli Məclisin kürsüsündən bizim yox, ermənilərin millət vəkili kimi çıxış edərdi.

Yaxşı ki, seçilmədi.

Çox böyük ustalıq və hiyləgərliklə təbliğat kampaniyası aparmış, insanları özünün vicdanlılığına, obyektivliyinə, demokratikliyinə inandıra bilmişdi. Deməli, bunun vicdanının da, obyektivliyinin də mərkəzində yalnız və yalnız erməni sevgisi dayanırmış.

Heç bir vicdanlı azərbaycanlı Azərbaycanın guya Qarabağda etnik təmizləmə apardığı iddiası ilə çıxış etməz və ermənilərə dəstək aksiyalarına da qatılmaz. Qatılırsa, demək ki, o, bizdən deyil. Və məlum oldu ki, Vəfa Nağı da bizdən deyil. Əkrəm Əylislinin qadın variantı olan Vəfa Nağının da əsl üzünü tanıdıq.

Qreta Tunberq ilə bir cərgədə addımlayan bu vəfasız, üzü dönük qadını sabah Avropanın bəlli dairələri qrant “yağışı”na tutsalar, buna da əsla təəccüblənməməliyik.

Bəli, vəfasızlığın ekvivalenti qrantdır. Başqa sözlə desək, indi vəfa vaxtı yox, qrant vaxtıdır. Daha doğrusu, indi maskaların düşən vaxtıdır.

Bir

Bəybala Mirzəyev

visiontv.az

 

 



Seçilən
35
visiontv.az

1Mənbələr