İranda ictimai yerlərdə məcburi hicab qaydalarınıpozan qız və qadınlar üçün xüsusi klinika açılacaq.
Bu barədə İranın hicaba nəzarət edən dövlət qurumunun nümayəndəsi Mehri Talibi Ərdistani məlumat verib.
“Tehranda yeniyetmələr, gənc kişilər və qadınlar üçün hicabın çıxarılmasının qarşısını alan psixoloji klinika açılacaq. Klinikada bu mövzuda maarifləndirmə işləri aparılacaq”, - o deyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian seçkilər ərəfəsində və seçildikdən sonra məcburi hicab qaydalarının yumuşaldılması və dərsdən qovulan tələbələrin hüquqlarının qorunması ilə bağlı vədlər verib.
Pezeşkianın göstəriş və iradlarına baxmayaraq, məcburi hicab qaydalarını pozan qız və qadınlara, xüsusən tələbə qızlara qarşı təzyiqlər artıb.
visiontv.az