AZ

"Ad günlərim həmişə səviyyəli keçir" - Məşhur aktrisa

"Ad günümü çox sadə keçirdim, heç bir məkanda xüsusi olaraq qeyd etmədim".

Bu sözləri bir neçə gün öncə 31 yaşı tamam olan məşhur aktrisa Gülmira Fərzəliyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ad gününü evdə qeyd edib:

"Ad günümü sadəcə evdə ailəm və yaxın dostlarımla qeyd etdik. Əsasən gül və geyim hədiyyələri oldu. Lakin daha çox kartıma pul göndərdilər. Çünki mənim zövqüm elədir ki, nə alacaqlarını bilmirlər. Yəni hər şeyi bəyənmirəm. Ona görə də pul göndərdilər ki, özüm istədiyimi alım. Amma hələ vaxt edib, heç nə ala bilməmişəm. İlk fürsətdə bunu edəcəyəm".

Aktrisa bir neçə gün öncədən təbriklərin gəldiyini etiraf edib:

"Əslində, bir neçə gün öncədən təbrik edənlər olur. Çünki mən noyabr ayı daxil olandan ancaq ad günümlə bağlı statuslar paylaşıram. Amma ilk olaraq ailə üzvlərim və dost-tanış təbrik etdi". 

Gülmira Fərzəliyeva ən unudulmaz ad günündən də danışıb:

"Mənim ad günlərim həmişə çox səviyyəli şəkildə keçir, çoxlu qonaqlar olur. Yəni bütün ad günlərim yaddaqalan olub. Lakin ən çox yadımda qalan keçən il 30 illik yubileyimi qeyd etməyim oldu. Çünki 110 qonaq gəlmişdi. Çox möhtəşəm bir ad günü keçirmişdik. Hətta qonaqlar belə deyirdi ki, ad günü yox, toy səviyyəsində təşkil olunmuşdu". 

Pərviz Şimşək

Seçilən
40
hit.az

1Mənbələr