AZ

COP29 tədbiri Azərbaycanın liderlik mövqeyinin göstəricisidir

Qeyd edək ki, ölkəmiz bu günlərdə COP29-a ev sahibliyi edir. Bunun Azərbaycan üçün hərtərəfli müsbət cəhətləri var. Bunun bariz nümunəsidir ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz daha yüksək səviyyəyə qalxıb.
 
Dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə göstərdiyi etimad – COP29-un ölkədə keçirilməsinə razılıq bəzi qüvvələrdə qısqanclıq yaradıb.
Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bu mövzuda geniş çıxış edib.
 
Sammitinin açılış mərasimindəki çıxışı zamanı həmin qüvvələrə tutarlı cavab verib. Dövlətimizin başçısının cavabı Sammit iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Bu o deməkdir ki, bəzi Qərb dövlətləri özlərindən başqa bütün dövlətlərə yuxarıdan aşağı baxır. Azərbaycan Prezidentinin mötəbər tribunadan səsləndirdiyi bu fikirlər günümüzün acı reallığını əks etdirir.
 
Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmaq kifayətdir.
 
Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir. Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər.
 
Ölkələrin iyrənc siyasətindən danışdıqdan sonra bir sıra digər mövzulara toxunuldu.
 
Kiçik ada dövlətlərinə həm iqtisad,həm maddi cəhətdən böyük dəstək lazımdır ki, bu dövlətlər də iqlim dəyişikliyi qarşısında tab gətirə bilsin. Düzdür iqlim dəyişikliyinin bizim ölkə üçün də mənfi təsirləri çoxdur. Məhz Xəzər dənizinin səviyyə tərəddüdü, çaylarımızdan suyun quruması, fəsadlı sel daşqınları buna misaldır. Bu fəlakətlərdən heç bir ölkə sığortalanmayıb.
 
Lakin kiçik ada dövlətləri bu durum qarşısında tab gətirməsi üçün onlara maddi texniki dəstək lazımdır. Öz ölkəmiz adından deyə bilərik ki, biz bir sıra bu fəlakətlərdən əziyyət çəkən ölkələrə hər tərəfli yardım göstərmişik. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.
 
Dövlətimizin başçısı neokolonialist dövlətlərin və Avropa Parlamenti, AŞPA kimi qurumların ədalətsiz siyasəti davam etdirmələrinə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri olduğu dönəmdə kiçik ada dövlətlərinə dəstək verdiyi kimi, COP29-un sədri kimi də onları dəstəkləyəcəyini və gələcəkdə də dostlarımızı dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Çünki Azərbaycan ada dövlətlərinə kömək etməyi özü üçün mənəvi borc hesab edir.
 
Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir".
 
Bu istiqamətdə həmrəylik göstərmək əslində bütün dünya birliyinin mənəvi borcudur. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı birgə mübarizə aparmaq üçün indi hamının həmrəyliyinə ehtiyac var".
 
Gülnarə Əliyeva,
Bərdə rayonu A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin direktoru
 
Seçilən
50
50
moderator.az

10Mənbələr