AZ

Globalinfo.az saytı 2 yaşına çatdı

Bu gün Globalinfo.az saytının 2 yaşı tamam olur.
 
Moderator.az-ın məlumatına görə, Globalinfo.az saytı 2022-ci ilin avqust ayında yaradılıb. 15 sentyabr 2022-ci il tarixdə test rejimindən online rejimə keçib. 2022-ci ilin 15 noyabrında saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb və geniş oxucu kütləsi ilə təması başlayıb.
 
Saytın təsisçisi, Əməkdar jurnalist Azər Ayxan bildirib ki, Globalinfo.az iki ilin tamamında ölkə saytları arasında ilk 15-likdə qərarlaşıb.
 
“Globalinfo.az Azərbaycan mediasının sonbeşiyidir. Bizdən sonra belə miqyaslı, oxunan, sayılan sayt yaradılmayıb. İstərdik yaradılsın. İnanırıq ki, yaradılacaq. Çox lazımdır. Ciddi media resurslarına ehtiyac əvvəlkindən daha çoxdur. Lağ-lağı, məsuliyyətsizlik, baş girləmək vaxtı çoxdan keçib. Məsuliyyətli mərhələyə gəlib çıxmışıq. Ölkənin informasiya sərhədlərinin qorunması üçün hər gün daha çox, daha ciddi, daha canı-dildən çalışmaq lazımdır”.
 
A.Ayxanın sözlərinə görə, saytın hədəfi dəyişməyib:
 
“Hədəfimiz dəyişməyib: böyüməyi, daha qlobal platformaya çevrilməyi qarşımıza məqsəd qoymuşuq. Bura qədər minimal maddi imkanlarla gəlib çıxa bildik. Əslində normal dünya standartları ilə yanaşdıqda qısa müddətdə bu nəticə üçün 100 minlərlə manat vəsait lazımdır. Biz bunu minimum imkanlarla reallaşdırdıq. Amma inkişafda olan media subyekti üçün ciddi vəsait vacibdir. Bu artıq daha qlobal yanaşma tələb edir.
 
Bu iki ildə bizi tək qoymayan dostlara, dəstək verən dəyərli insanlara, tanıdığımız, tanımadığımız bütün oxuculara salamımızı, təşəkkürümüzü çatdırırıq. Bizə inandığınız, etimad etdiyiniz üçün sağ olun, əziz insanlar”.
 
Seçilən
22
1
moderator.az

2Mənbələr