Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.
Milli.Az xəbər verir ki, görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
1 | Belarus | 90 gün |
2 | Gürcüstan | 90 gün |
3 | Qazaxıstan | 90 gün |
4 | Qırğızıstan | 90 gün |
5 | Moldova | 90 gün |
6 | Özbəkistan | 90 gün |
7 | Rusiya | 90 gün |
8 | Tacikistan | 90 gün |
9 | Ukrayna | 90 gün |
10 | Türkiyə | 90 gün |
11 | Qətər | 30 gün Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir. |
12 | Birləşmiş Ərəb Əmirlikləri | 90 gün |
13 | Serbiya | 90 gün |
14 | Albaniya | 90 gün |
15 | Mərakeş | 90 gün Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar. |
Aysel Əkbər
Milli.Az