Bakı. Trend:
Ermənistan beynəlxalq arenada ikili standartlara əsaslanansiyasətini davam etdirir. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanlasülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, digər tərəfdənisə danışıqlar prosesini mümkün qədər uzatmaq üçün hər cürvasitələrə əl atır. Bu yanaşma regionda Ermənistan məsələsindəntəzyiq aləti kimi istifadə etməyə çalışan Qərbin siyasi maraqlarıilə tam uyğunluq təşkil edir. Süni maneələrin yaradılması, Qərbkuratorlarından siqnal gözləmək və xarici siyasətlə manipulyasiyaetmək - bunlar Ermənistanın baş naziri Nikol Paşinyan hökumətininxarici dəstəyi möhkəmləndirmək və şəxsi siyasi davamlılığını təminetmək məqsədinə xidmət edən əsas strategiyasıdır.
İrəvan anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasıQərb tərəfdaşlarından maliyyə, diplomatik və hərbi dəstək əldəetmək üçün münaqişədən istifadə imkanlarını əlindən alacaq.Ermənistanın əsas məqsədi regional gərginliyi qoruyub saxlamaqdırki, ABŞ və Fransa kimi aktorların diqqət mərkəzində qala bilsin. Busəbəbdən biz sərhəddə təxribatların davamlı təşkilini, Qarabağermənilərinin "soyqırımı" iddialarını və Qərb mediasınınanti-Azərbaycan ritorikasını təşviq etməsini görürük.
Ermənistanın indiki strategiyası Qərbin təsirini regiondamöhkəmləndirmək üçün institusional çərçivələrin yaradılmasınayönəlib. Belə ki, Ermənistandakı Avropa İttifaqı missiyasıdiplomatik status əldə edib, Fransanın hərbi attaşelərinin sayıartırılıb və Ermənistan Müdafiə Nazirliyinə amerikalı müşavir təyinolunub. Bu qərarlar, Vaşinqton və ya Brüsseldə baş verə biləcəksiyasi dəyişikliklərdən asılı olmayaraq, Qərb təsirini uzunmüddətliperspektivdə təmin etməyə yönəlib.
Nikol Paşinyan açıq şəkildə Qərbin dəstəyini qazanmağa çalışırvə hətta ABŞ-də Donald Trampın hakimiyyətə qayıdacağı halda beləkursun dəyişməsinin qarşısını alacaq uzunmüddətli mexanizmləryaradır. Bayden administrasiyası dövründə Ermənistan mövzusuABŞ-İran danışıqlarının konstruktiv hissəsi kimi qəbul edilir.Fəqət Birləşmiş Ştatlardakı prezident seçkilərində Trampın qələbəsisözügedəny anaşmanı kökündən dəyişə bilər. İranla bağlı ritorikanınsərtləşdirilməsi Ermənistanın növbəti addımlarına, o cümlədənTehranın hərbi müttəfiqi olmağa hazırlığına təsir göstərəbilər.
Ermənistan hazırkı şəraitdə Fransa ilə hərbi əməkdaşlığınıartırmağa davam edir. Adətən Türkiyə və Azərbaycan əleyhinə çıxışedən Paris, Ermənistanı Cənubi Qafqazda öz təsirini gücləndirməküçün əlverişli vasitə kimi görür. Bu vəziyyət Paşinyana Qərb, İranvə Rusiya arasındakı ziddiyyətlərdən faydalanmağa imkan verir ki,bu da regionda vəziyyətin stabilləşməsini çətinləşdirir.
Ənənəvi olaraq qlobal və regional oyunçuların maraq dairəsindəolan Cənubi Qafqaz, bu gün yenidən geosiyasi ziddiyyətlərinmərkəzindədir. Məhdud resurslara və kəskin daxili böhranlara malikErmənistan İran, kollektiv Qərb və Rusiyanın maraqlarınıntoqquşduğu bir məkana çevrilib. Xarici güclərin təsiriningüclənməsi və İrəvanın yeni kurs müəyyənləşdirmək cəhdləri,mürəkkəb və dinamik bir kontekst yaradır. Bu şəraitdə Ermənistanınbeynəlxalq arenada daha məsuliyyətli davranması, regiondauzunmüddətli sabitliyə nail olmaq üçün real addımlar atması tələbolunur.
Nikol Paşinyan ölkəsinin geosiyasi mövqeləri və daxili vəziyyətinəzərə alaraq, Azərbaycanla sülh müqaviləsinin imzalanmasınısürətləndirməyə məcburdur. Bu tələskənlik əsasən iki amildənqaynaqlanır:
Ermənistanda iqtisadi çətinliklər və təhlükəsizlik sahəsindəartan problemlər cəmiyyətdə narazılıqları daha da dərinləşdirib.Paşinyan hökumətinin zəifləyən mövqeləri, ona ictimaiyyətisakitləşdirmək üçün hansısa uğuru nümayiş etdirmək zərurətini diktəedir. Azərbaycanla sülh müqaviləsinin imzalanması, onun siyasigündəliyində "diplomatik qələbə" kimi təqdim oluna bilər. Bu, ölkədaxilində müəyyən qədər sabitlik yarada və cəmiyyətin müəyyənhissəsini sakitləşdirə bilər.
Trampın hakimiyyətisə Ermənistanın mövcud Qərb dəstəyiniitirməsi ilə nəticələnə bilər. Bayden administrasiyası dövründəErmənistanın vəziyyəti müəyyən qədər diqqət mərkəzində olsa da,Trampın daha sərt yanaşma sərgiləyəcəyi ehtimal olunur. Beləşəraitdə İrəvan Vaşinqtonun hazırkı dəstəyindən maksimalfaydalanmağa çalışaraq mövqelərini gücləndirmək istəyir.
Azərbaycan üçün Ermənistanla sülh müqaviləsi regionunsabitliyini təmin etməkdən daha artığını ifadə edir. Bu, həm dətarixi ədalətin bərpası məsələsidir. Azərbaycan tərəfi dəfələrləözünün ərazi bütövlüyünü qorumaq və Ermənistanla dinc yanaşıyaşamağa hazır olduğunu bəyan edib. Fəqət bu niyyətlərinreallaşması yalnız Ermənistanın real addımları ilə mümkün olabilər. Təəssüf ki, İrəvan hələlik bu məsələdə konkretlikgöstərməkdən çəkinir və sülh danışıqlarını müxtəlif vasitələrləsabotaj edir.
Belə şəraitdə beynəlxalq ictimaiyyətin dəqiq mövqe tutmasıvacibdir. Ermənistanın ikili siyasəti və güclərarasıziddiyyətlərdən yararlanmaq cəhdləri dayandırılmalı, Azərbaycanınədalətli tələbləri dəstəklənməlidir. İrəvan anlamalıdır ki, onungələcək mövcudluğu yalnız sülh və əməkdaşlıq şəraitindəmümkündür.
Türkiyə regionda yeni bir siyasi istiqamət müəyyənləşdirir.Gümrü-Qars dəmir yolunun açılması ilə bağlı aparılan danışıqlarAnkara ilə Ermənistan arasında münasibətlərin bərpasına marağınümayiş etdirir. Ankara bu normallaşma prosesini regional siyasətdədaha güclü mövqe əldə etmək üçün strateji alət kimi istifadəedir.
Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi kollektivQərbin regionda möhkəmlənmək cəhdlərini daha da aktivləşdirib. Sonillərdə Ermənistan, Avropa İttifaqı (Aİ), ABŞ və Fransa tərəfindənhəyata keçirilən çoxsaylı təşəbbüslərin obyektinə çevrilib. Butəşəbbüslər yalnız iqtisadi və ya humanitar yardım deyil, stratejitəsirin institusional mexanizmlər vasitəsilə təmin edilməsinəyönəlib.
1. Aİ Missiyasının rolu
Avropa İttifaqının Ermənistandakı missiyasına diplomatikstatusun verilməsi onun strateji əhəmiyyətini vurğulayır. Aİ-ninməqsədi Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlikmonitorinqini təmin etməkdir ki, bu da missiyanı Brüsselin təsiralətinə çevirir.
2. ABŞ-nin müdafiə siyasətinə təsiri
Ermənistan Müdafiə Nazirliyində ABŞ müşavirinin olmasıPentaqonla daha sıx əməkdaşlıq perspektivlərini artırır. Bu addım,Qərbin maraqlarına uyğun şəkildə müdafiə planlaması üçün dahaelastik strukturun yaradılmasına yönəlib.
3. Fransanın aktivləşməsi
Fransanın hərbi attaşe heyətinin artırılması Parisin Ermənistanməsələlərinə daha dərindən müdaxilə etmək niyyətini göstərir.Fransa regionda həm hərbi, həm də diplomatik müstəvidə öz təsirinigücləndirmək istəyir.
... Ermənistanın Qərbə inteqrasiya meyilləri digər oyunçular,xüsusən də Cənubi Qafqazı öz strateji maraq zonası hesab edən İrantərəfindən ciddi narazılıqla qarşılanır. İran ErmənistanınRusiyanın təsirindən uzaqlaşmasını öz maraqları üçün bir fürsətkimi görərək, regionda təsirini genişləndirmək üçün fəal addımlaratır.
Bu mürəkkəb şəraitdə Ermənistan anlamalıdır ki, ikili oyunlaruzunmüddətli perspektivdə onun öz təhlükəsizliyini və sabitliyinitəhdid altına qoyur. Azərbaycanın ədalətli tələblərini nəzərə alankonstruktiv yanaşma, Ermənistan üçün regionda yeganə rasional çıxışyoludur.
Rusiyanın zəifləyən təsiri və Qərbin artan aktivliyi İranı dahafəal hərəkət etməyə məcbur edir. Tehran Ermənistanın tamamiləQərbin təsiri altına düşərək forposta çevrilməsinin qarşısını almaqüçün konkret addımlar atır:
1. Rusiyaya təzyiq
Mehri sərhəd-keçid məntəqəsindən rus sərhədçilərinin çıxarılmasıİranın təsiri ilə baş verib. Tehran bu addımı Ermənistanın əsassərhəd nöqtələrində öz qüvvələrini yerləşdirmək üçün fürsət kimigörür. Analitiklərin fikrincə, İran Ermənistanla sərhəd boyustrateji nəzarəti gücləndirmək planları üzərində işləyir.
2. Ermənistanla hərbi saziş
2024-cü ildə böyük miqyaslı hərbi əməkdaşlıq sazişininimzalanması üzrə aparılan danışıqlar İranın Ermənistan üzərindətəsirini artırmaq məqsədinə xidmət edir. Ekspertlər bu sazişiTehranın İrəvanı öz asılılığına daha da yaxınlaşdıracaq güclü rıçaqkimi qiymətləndirirlər.
3. ABŞ və Aİ-yə xəbərdarlıqlar
İran açıq şəkildə bildirib ki, Ermənistan üzərində Qərbintəsirinin güclənməsi onun strateji maraqlarını poza bilməz. Bubəyanatlar Tehranın sərt addımlara hazır olduğunu nümayişetdirir.
... Ermənistan xarici təsirlərin obyektinə çevrilərkən,Azərbaycan öz diplomatik və iqtisadi qələbələrini möhkəmləndirməyəyönəlib. Qarabağ üzərində nəzarətin bərpası əməliyyatı Azərbaycanınmilli maraqlarını qətiyyətlə müdafiə etməyə hazır olduğunugöstərdi. İndi isə Bakı Ermənistandan aşağıdakı tələblərin yerinəyetirilməsini tələb edir:
Ərazi bütövlüyünün tanınması. Ermənistan rəsmi olaraq QarabağınAzərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməlidir.
Nəqliyyat dəhlizlərinə zəmanətö Azərbaycanın qərb bölgələriniNaxçıvanla birləşdirən Zəngəzur dəhlizi danışıqlarda əsas elementolaraq qalır. Bakı hüquqi zəmanətlərdə israrlıdır.
Ermənistan, prosesin uzanmasının onun üçün sərfəli olmadığınıanlayaraq danışıqları sürətləndirsə də, ölkədəki daxili siyasiböhranlar İrəvanın mövqelərini zəiflədir.
Baş nazir Nikol Paşinyan, hakimiyyəti əlində saxlamaq üçün sərtbəyanatlarla çıxış edir. Onun tarixi sənədlərə və ermənicəmiyyətinin mentalitetinə yönəlmiş tənqidi yalnız daxiligərginliyi artırır:
1. Müstəqillik bəyannaməsi
Paşinyan Ermənistanın müstəqillik bəyannaməsini “faciə”adlandıraraq, dövlətçiliyin zəif əsaslar üzərində qurulduğunuvurğuladı. Bu bəyanat ölkə daxilində və xaricdə narazılıqdoğurdu.
2. Mentalitet tənqidi
Cəmiyyətdə “antidövlət düşüncə tərzi” ittihamları, milliidentiklik böhranının dərinləşdiyini göstərir.
3. İdarəetmə səhvləri
2020-ci il razılaşmalarının imzalanmasında məsuliyyətini etirafetməsi Paşinyanın mövqelərinin zəifliyinə işarə edir.
Bu açıqlamalar Ermənistanın daxili destabilliyini daha daartırır və ölkəni xarici təsirlərə daha həssas edir.
... Ermənistan bu gün daxili ziddiyyətlər və xarici təsirlərfonunda geosiyasi böhran yaşayır. İran, ABŞ, Aİ və Rusiya kimiböyük güclər, Ermənistanın zəifliyindən istifadə edərək regionda özmaraqlarını reallaşdırmağa çalışırlar. Bu şəraitdə Ermənistanıngələcəyi yalnız Azərbaycanla sülhə yönəlmiş konkret və realaddımlardan asılıdır. Azərbaycan isə öz milli maraqlarını vəregional sabitliyi təmin etmək yolunda qətiyyətli olaraq qalır.
Tehran hərbi və diplomatik vasitələrlə təsirini artırmağa davamedəcək. İran Ermənistanı Qərbə qarşı balanslaşdırıcı qüvvə kimiistifadə etməyi hədəfləyir.
Avropa İttifaqı, ABŞ və Fransa, institusional mexanizmlər vəuzunmüddətli layihələr vasitəsilə regionda möhkəmlənməyiplanlaşdırır. Bu addımlar Ermənistanı Qərbin təsir dairəsindəsaxlamaq məqsədini güdür.
Ankara iqtisadi və nəqliyyat layihələri vasitəsilə regiondakırolunu gücləndirmək istəyir. Bu təşəbbüslər Türkiyənin CənubiQafqazdakı təsirini daha da artıracaq.
Azərbaycan üçün Ermənistanla sülh müqaviləsi regionunsabitliyinə nail olmaqdan əlavə, tarixi ədalətin bərpası anlamınıdaşıyır. Bakı dəfələrlə özünün ərazi bütövlüyünə sadiqliyini vəErmənistanla dinc yanaşı yaşamaq niyyətini bəyan edib. Lakin buniyyətlərin həyata keçirilməsi yalnız İrəvanın real addımları iləmümkündür. Təəssüf ki, Ermənistan indiyə qədər danışıqlar prosesinisabotaj etmək cəhdləri ilə seçilir.
Belə vəziyyətdə beynəlxalq ictimaiyyətin konkret mövqesərgiləməsi və Azərbaycanın ədalətli tələblərinə dəstək göstərməsivacibdir. Ermənistan anlamalıdır ki, onun gələcəyi yalnız sülh vəəməkdaşlıq şəraitində mümkündür.
.. Ermənistan hazırda bir çox xarici qüvvələrin mübarizəmeydanına çevrilmiş vəziyyətdədir. Ölkə İran, Qərb və Rusiyaarasında balans axtarışları fonunda öz müstəqilliyini qoruyubsaxlamaq və ya tamamilə bir xarici gücün alətinə çevrilmək arasındaseçim etməlidir. İrəvanın ikiüzlü siyasəti və sülh prosesindənmanipulyativ istifadə cəhdləri daha böyük böhrana səbəb olabilər.
Bu tarixi keçid dövründə Ermənistan süni maneələrin zamanınınartıq keçdiyini və regionun gələcəyinin yalnız real addımlarlatəmin oluna biləcəyini anlamalıdır. Azərbaycan isə dayanıqlığını vəədalətli həllə olan hazırlığını göstərməyə davam edir. Bu yanaşmabütün Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacibdir.