AZ

Fransa kraliçasının boyunbağısı 4,81 milyon dollara satılıb

Fransa kraliçası Mariya Antuanettanın 300 karatlıq brilyant boyunbağı Cenevrədə 4,81 milyon dollara satılıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki,  Cenevrədə keçirilən hərracda kraliçanın brilyant boyunbağı adı açıqlanmayan qadın tərəfindən 4,81 milyon dollara alınıb. 

"Sotheby's" Zərgərlik Mütəxəssisi Andres Uayt Korreal satışdan sonra verdiyi açıqlamada gevənin həyəcanlı olduğunu bldirib.

"Bazarda möhtəşəm mənşəli tarixi daş-qaşların olduğu açıq-aydın görünür. İnsanlar təkcə obyekti deyil, ona əlavə edilmiş bütün tarixi də satın alırlar", - deyə Korreal qeyd edib.

Gülşən Şərif

Seçilən
9
bakivaxti.az

1Mənbələr