AZ

Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir - BƏƏ rəsmisi

Bakı. Trend:

Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir.

Trend xəbərverir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini,daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlimdəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbərolunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarlabağlı stastika 2023-cü ildə rekord həddə çatıb, orta temperatur 1.5dərəcəyə yaxınlaşıb:

"Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq.Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekolojisahədə bir-birilərinə qarşı maneələr yaradırlar".

Nazir müavini bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların20 %-dir:

"İqlim layihələri üçün birgə çalışmaq "onurğa sütunu"dur.Hüquq-mühafizənin gücləndirilməsi ilə daha da səmərəli mübarizəaparmağı vacib edir".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
54
7
az.trend.az

9Mənbələr