AZ

“2050-ci ilədək Mərkəzi Asiya buzlaqların üçdə birini itirə bilər” – Bahodur Şeralizoda

Yazını böyüt
Yazını kiçilt

“2050-ci ilə qədər Mərkəzi Asiya öz ərazisindəki buzlaqların üçdə birini itirə bilər”.

Hafta.az-ın yazdığına görə, bunu Tacikistanın Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda Bakıda keçirilən COP29 çərçivəsində iqlimlə bağlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Tacikistanda 10 mindən çox buzlaq var və regionun su ehtiyatlarının 60 faizini təmin edir. Bu buzlaqların sürətlə əriməsi bütün regionun su, ərzaq və enerji təhlükəsizliyinə təhlükə yaradır” deyən Şeralizoda xatırladıb ki, son 30-40 il ərzində respublikada 1000-dən çox buzlaq əriyərək yox olub.

Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakawa, öz növbəsində, buzlaqların qorunması və davamlı kənd təsərrüfatının inkişafına yönəlmiş təşəbbüslərə yeddi il ərzində regiona 3,5 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Tacikistanın iqlimə uyğunlaşma şəraitində inkişafı üçün 96 milyard dollar lazımdır. Bu sərmayə buzlaqların su ehtiyatlarından asılı olan Mərkəzi Asiyanın milyonlarla sakininə dəstək olacaq, onların dəyişən iqlim şəraitinə davamlılığını gücləndirəcək.

Regional tərəfdaşların nümayəndələri, o cümlədən Azərbaycanın ekologiya naziri Muxtar Babayev buzlaqların əriməsi probleminin həllinə vahid yanaşmanın vacibliyini vurğulayıblar. İqlim vəziyyətinin pisləşməsi və buzlaqların azalması su çatışmazlığına gətirib çıxarır, Mərkəzi Asiya və Qafqazda kənd təsərrüfatına və ekosistemlərə mənfi təsir göstərir.

Forumda qəbul edilən mühüm qərarlar region ölkələrinin buzlaqların qorunmasına və su ehtiyatlarının davamlı idarə olunmasına sadiqliyini təsdiq edir.

Seçilən
16
hafta.az

1Mənbələr