AZ

BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir

Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir.

APA xəbər verir ki, bunu bunu COP 29 çərçivəsində “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusuna həsr olunmuş yüksək səviyyəli iclasda Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı stastika 2023-cü ildə rekord həddə çatıb, orta temperatur 1.5 dərəcəyə yaxınlaşıb: "Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birilərinə qarşı maneələr yaradırlar".
Nazir müavini bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 %-dir:
"İqlim layihələri üçün birgə çalışmaq "onurğa sütunu"dur. Hüquq-mühafizənin gücləndirilməsi ilə daha da səmərəli mübarizə aparmağı vacib edir".

Seçilən
72
7
apa.az

9Mənbələr