AZ

ABŞ-də qalmaqalın üstü açıldı: Gizli xidmət agenti sevgilisini Obamanın Havaydakı evinə gətirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2022-ci ildə ABŞ Məxfi Xidmətinin agenti Deyl sevgilisini Ağ Evin keçmiş rəhbəri Barak Obamanın dənizkənarı evinə gətirib.
Bu barədə Oxu.Az "The Independent" nəşrinə istinadən xəbər verir.
Nəşrin qeyd etdiyi kimi, Gizli Xidmət agentinin "qəhrəmanlıqları" barədə elə onun sevgilisi Korea Duanyen danışıb.
Qadın etiraf edib ki, Barak Obama səfərdə olduğu zaman ABŞ prezidentinin Havaydakı evinə dəvət olunub. Qadın, həmçinin bildirib ki, Deyl onu hər hansı problemin yaşanmayacağına əmin edib.
Qız razılaşıb və cütlük dövlət başçısının evinə gəlib. Deyl dərhal sevgilisinə ABŞ-nin birinci xanımının hamamında cinsi əlaqədə olmağı təklif edib.
"Mişelin hamamında bir mil yüksəklikdəki klubdakı kimi, sevişməliyik", - deyə Duanyen Deylin təklifini xatırlayıb.
Daha çox inandırıcı olması üçün agent, hətta prezidentin ailəsi ilə bağlı şəxsi məlumatları da qıza açıqlamağa başlayıb. Məsələn, Mişel Obamanın hansı günlərdə və saatlarda özəl tennis dərslərinə getdiyini deyib.
Nəticədə bu ideya olduqca uğursuz olub. Məlumat ABŞ-nin xüsusi xidmət orqanlarına çatıb. Deyl təhlükəsizlik protokollarını pozduğuna görə işdən çıxarılıb.
Seçilən
47
1
oxu.az

2Mənbələr