AZ

Regiondakı silahlanma yarışı BÖYÜYÜR: “Azərbaycan da adekvat addımlar atır”

“Silahlanma yarışı gərgin olan vəziyyəti bir qədər də gərginləşdirəcək”.

Bu sözləri Ermənistanın silahlanmasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, Ermənistanın silahlanması gərginliyi artıracaq:

“Ermənistan həm Fransadan, həm Hindistandan, həm də digər ölkələrdən silahlar almaqdadır. 44 günlük müharibədən sonra Ermənistanın hava məkanı 30 faizə qədər qorunurdu. Ermənistan radarlar və hava hücumundan müdafiə sistemləri alaraq hava məkanını tam şəkildə qorumağı hədəfləyir”.

“Ermənistan həm hücum, həm də müdafiə silahları alır. Nəzərə almaq lazımdır ki, Ermənistanın qonşuları arasında yalnız Azərbaycanla problemi var. Ona görə də o silahların Azərbaycan üçün alındığını deyə bilərik. Tərəflər sülh müqaviləsindən danışsalar da, hazırda görünən odur ki, sülh prosesi demək olar baş tutmur. Bu da siyasi gərginliyin hərbi gərginliklə əvəzlənə biləcəyini göstərir. Azərbaycan da Ermənistanın silahlanmasına adekvat addımlar atır, alternativ silahlar alır. Hesab edirəm ki, bu silahlanma regiondakı gərginliyi artıracaq”.

Səxavət Məmməd

Seçilən
28
yenicag.az

1Mənbələr