AZ

ABŞ Şotlandiyada dəniz kəşfiyyatı təyyarələri yerləşdirir

“Rusiyanın Şimali Atlantika və Arktikadakı fəaliyyəti” ilə bağlı London və Vaşinqtonun artan narahatlığı fonunda ABŞ Hərbi Dəniz Qüvvələri “soyuq müharibə” dövründən sonra Böyük Britaniyada ilk dəfə dəniz kəşfiyyatı təyyarələri yerləşdirəcək.

Herbiand.az xəbər verir ki, “The Times” qəzeti bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, “Boeing P-8A Poseidon” kəşfiyyat təyyarələri Britaniya Hərbi Hava Qüvvələrinin Şotlandiyanın şimal-şərqində yerləşən “Lossimut” aviabazasında dislokasiya olunacaq. Aviabazanın modernləşdirilməsi və yenilənməsi üçün 443 milyon dollar dəyərində 6 illik layihə artıq tamamlanıb.

Nazirlikdən bildiriblər ki, Böyük Britaniyada ABŞ-ın kəşfiyyat təyyarələrinin yerləşdirilməsi dəniz təhlükəsizliyini təmin etməyə, habelə Birləşmiş Krallığın və NATO-nun müdafiəsini möhkəmləndirməyə imkan verəcək.

Oktyabr ayında imzalanmış ikitərəfli sazişə uyğun olaraq, Şotlandiyadakı aviabaza Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” təyyarələrini də qəbul edəcək.

Seçilən
40
1
herbiand.az

2Mənbələr