AZ

“Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara yenidən baxmalıdır”- ORBAN

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara yenidən baxmalıdır.

Azpost.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, sanksiyalar enerji qiymətlərini artırır və Avropanın rəqabət qabiliyyətini zəiflədir.

Orban bildirib ki, Avropa İttifaqı liderləri noyabrın 8-də Budapeştdə keçirilən qeyri-rəsmi sammitində Avropanın Rəqabət Qabiliyyəti haqqında Bəyannaməni qəbul ediblər. Sənəd xüsusilə neft, qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına yönəlib.

“Enerji qiymətləri bütün mümkün vasitələrlə aşağı salınmalıdır, bu o deməkdir ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılmalıdır, çünki mövcud sanksiyalar siyasəti ilə enerji qiymətləri azalmayacaq”, – Orban deyib.

Azpost.info

Seçilən
53
azpost.info

1Mənbələr