Ukrayna ordusu Kuraxiv şəhərinin (Donetsk vilayəti) cənub və cənub-şərqindəki yaşayış məntəqələrindəki mövqelərindən şəxsi heyəti kütləvi şəkildə çıxarmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik orqanlarından məlumat verilib.
Məlumatda deyilir ki, Ukrayna Yelizavetovka, İlyinka, Annovka və Uspenivkadakı qüvvələrini kütləvi şəkildə çıxarmağa çalışır.
“Gülləbaran edilən yollarla qaçırlar, itki verirlər”, - mənbə agentliyə deyib.
Müəllif: Mənsur Rəğbətoğlu