AZ

''İnter''in sabiq ulduzu içki aludəçisi olduğunu etiraf etdi

Futbolçuların həyatlarına və karyeralarına dair ürək sözlərini qeyd etdikləri ''players tribune'' layihəsinin sonuncu qonuğu yaxın keçmişin tanınmış braziliyalı forvardlarından sayılan Adriano olub.

''Flamenqo''nun yetirməsi olan ''sambaçı'' xüsusilə ''İnter''də oynadığı dönəmdə (2004-08) vurduğu qollarla adından söz etdirmiş və böyük populyarlıq qazanmışdı. Amma karyerasını 2016-da başa vuran 42 yaşlı Adriano hazırda Braziliyada sıravi vətəndaş kimi yaşayır. O, yazısında içkiyə qurşandığını etiraf edib. Onun yazısının kiçik bir hissəsini sizə təqdim edirik:

''Siz heç bilirsiz, ümid olmaq nə deməkdi? Amma mən bilirəm. Eyni zamanda doğrulmayan bir ümid olmağın da nə demək olduğunu bilirəm. Futbolun ən böyük israfı mən özüməm. ''İsraf'' kəlməsini sevirəm. Tək necə səsləndiyinə görə yox, həm də həyatımı israf etməkdə maraqlı olduğuma görə. Bəli, çılğın israfçılıq içində özümü çox yaxşı hiss edirəm. Bu ləqəbdən xoşum gəlir. İnsanların israrla iddia və sübut etmək istəməsinə baxmayaraq narkotik maddələrdən istifadə etmirəm. Cinayətkarlıqla məşğul olmuram. Hərçənd ola bilərdim. Gecə klublarını da sevmirəm. Həmişə getdiyim yalnız bir yer var. Məhəlləmizdəki ''Nana'' adlanan köşkü nəzərdə tuturam. Mənimlə görüşmək və ya tanış olmaq istəyən bura gəlsin. Bir gündən bir içirəm. Elə qalan günlərdə də içirəm. Mənim kimi bir insan necə oldu ki, az qala hər gün içmək nöqtəsinə gəldi? Başqalarına izah verməyi sevmirəm. Amma səbəblərdən birini deyə bilərəm. Ona görə içirəm ki, borc içində olan bir ümid kimi yaşamaq çətindi. Mənim yaşımda bu, daha da pisləşir''.

ƏLİ
Seçilən
30
football-plus.az

1Mənbələr