AZ

Elnur Soltanov: Karbohidrogen yanacağından uzaqlaşma prosesi ədalətli və nizamlı şəkildə aparılmalıdır

COP29 çərçivəsində karbohidrogen yanacağı kimi çox həssas mövzularda vacib müzakirələr aparılır. Dünyada istixana qazlarının təqribən 70 faizi bu sahədə yaranır. Ancaq biz görürük ki, neft-qaz mövzusu lazım olduğundan daha çox vurğulanır. Məsələn, karbon-dioksidin miqdarına baxsaq, burada ilk sırada kömür sektorunun gəldiyini görərik. Halbuki Azərbaycanda mədənlər olsa da, ölkəmiz bundan istifadə etmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29-un baş icraçı direktoru Elnur Soltanov söyləyib.

O bildirib ki, neft-qaz məsələsinin daha çox qabardılmasının əsas məqsədi geosiyasi və geoiqtisadi maraqların iqlim müzakirələrinə qarışması ilə bağlıdır. Bu da iqlim müzakirələrini ideolojiləşdirir.

Dünyanın karbohidrogen yanacaqlarından uzaqlaşmasının COP-lar çərçivəsində verilən qərarlar daxilində həyata keçirilməli olduğunu deyən E.Soltanov əlavə edib: “Karbohidrogen yanacaqlarından uzaqlaşma prosesi ədalətli və nizamlı şəkildə aparılmalıdır. Eyni zamanda, təbii qazın keçid yanacağı olaraq rolu vurğulanmalıdır. Çünki elmi modellər göstərir ki, təbii qazın yaşıl keçiddə yolu çox böyükdür”.

Seçilən
44
1
xalqqazeti.az

2Mənbələr