AZ

AÇ: Azərbaycan güləşçiləri mübarizəyə başlayırlar

Bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı başlayır.

Fanat.Az xəbər verir ki, Azərbaycanın 9 idmançısı yarışın ilk günündə tatamiyə çıxacaq.

Qadınlar arasında Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq) və Aytac Qardaşxanlı (63 kq) güləşəcək.

Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.

Seçilən
24
fanat.az

1Mənbələr