Tipik payız havasına görə həftəsonu özünüzü müvəqqəti olaraq dörd divara bağlasanız belə, boş vaxtınızdan yaxşı istifadə edin.
Medianews.az Lent.az-a istinadən sizə 3 maraqlı fikir təqdim edir:
Kitab oxuyun
Kitablarla siz mürəkkəb məsələləri həll edə, daha bilikli insan ola və ya qəhrəmanların sərgüzəştlərinə qərq olaraq yeni dünyalar kəşf edə bilərsiniz.
Yeni filmlərə baxın
Yəqin ki, hər birimizin çoxdan izləmək istədiyimiz, lakin buna vaxt tapmadığı filmlərin siyahısı var.
Əhval-ruhiyyənizə uyğun variantı seçərək təkbaşına və ya dostlarınızla ona baxıb həzz ala bilərsiniz.
Eviniz üçün faydalı bir şey edin
Mənzilinizdə ümumi təmizlik edə və ya müəyyən dəyişikliklər edə bilərsiniz. Yeni görünüş sizə zövq verəcək.